Menu

“Rusiya Çinlə hərbi ittifaq yaratmağı planlaşdırmır” - Lavrov

06.04.2021, 13:54
“Rusiya Çinlə hərbi ittifaq yaratmağı planlaşdırmır” - Lavrov

“Rusiya Çinlə hərbi ittifaq yaratmağı planlaşdırmır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subramaniam Cayşankarla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bu haqda biz ancaq danışırıq. Bu həm də Rusiya-Çin sammiti zamanı qəbul olunan ikitərəfli sənədlərdə də qeyd olunub. Orda deyilir ki, münasibətlərimiz tarixdə ən yüksək səviyyəyə çatıb, lakin bu münasibətlər hərbi ittifaq məqsədi daşımır. Yeri gəlmişkən, hərbi ittifaqlar barədə yalnız Rusiya-Çin münasibətləri ilə əlaqədar spekulyasiyaları eşidirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Şərhlər

vuqar 2021-04-06 19:35:47

Tek Cin yox Yaponiya da startda gozleyir,sonrasi daha maraqli olacaq!Butun bu hadiseleri izledikce sanki Pasinyanin Ermenistanin basina acdigi ssenarinin tekrarini izlemis oluruq!Ne qeder qeribe olsada!

Xalq 2021-04-06 14:35:00

rusiya Ukrayna ilə müharibə etsə Çin onun şimal torpaqlarına yiyələnəcək fürsətdən istifadə edib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol