Azad Mirzəcanzadənin qurduğu quruma “Siyasi iqtisad” müəllimi rəhbərlik edir...

Ali Attestasiya Komissiyasının sədri Famil Front oğlu Mustafayevdən günbəgün şikayətlərin sayı artır. İddia olunur ki, o, Ali Attestasiya Komissiyasını kimi bir qurumu heç kimin fikrini nəzərə almadan təkbaşına idarə edir.

AAK-ın səhifəsindən onun bioqrafiyasını əldə etdik. Sən demə Famil müəllim 1984-1989-cu illərdə Rusiya Federasiyası Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almışdır. 1989-1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim işləmişdir.

Sonralar isə məmur kimi çalışmışdır. Siyasi iqtisad ixtisasının kareyrası üçün bəs etmədiyini nəzərə alıb, 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə də təhsil almışdır. Hüquq fakültəsində ikinci ixtisasa qəbul olunanlarda ciddi nöqsanlar mövcuddur.

AMEA-nın nüfuzlu alimlərindən biri yaxın günlərdə F. Mustafayevin avtorefaratındakı biabırçılıqlar barədə ictimaiyyətə məlumat verib.

Elmlə məşğul olanlar bilirlər ki, Azad Mirzəcanzadə müdafiə edən şəxsləri sorğu-suala tutur, sonra alimlik diplomunun verilib-verilməməsi haqqında qərar qəbul edirdi. Buna görə də Alim olmaq istəyənlər müəyyən qədər məsuliyyətli olmağa çalışırdılar. İndiki sədrin isə intellekti bunu etməyə imkan vermir.

Onun haqqında yazılanlar belə məlum olur ki, o, həm də yaxşı intriqa ustasıdır.

Nədənsə elmimizin bəxti gətirmir. Bir tərəfdən Ramiz Mehdiyev, digər tərəfdən isə Famil Mustafayev elmimizi dalana salıblar.

Bir çox alimlərin bu qurumun və AMEA-nın ləğvi məsələsini qaldırmaqları artıq günün tələbinə çevrilib. Elm bütün dünyada olduğu kimi Universitetlərdə cəmlənməlidir.

N. Məmmədəliyev

635x100

Şərhlər

Tofiq 2021-04-10 15:41:24

Azərbaycan elmini düşünmürsüz, elm üçün bu günə kimi heç nə etməyibsiz...

Yaşar 2021-04-07 22:07:56

Famil Mustafayev Azad Mirzəcanzadədən sonra AAK-a təyin olunmuş ən uğurlu şəxsdir.

Rasim 2021-04-07 18:14:22

düz yazmırsız

Artyom 2021-04-07 16:03:33

Hansı qurumda mütəxəssislər təyin edilib ki.burada olsun...

pensioner 2021-04-07 15:14:17

Front oğluna başa salan yoxdur ki,iqtisadiyyat siyasiləşəndə azırı yaxşı olmur.

Son yazılar