“Xankəndində Tural Gəncəliyevin ofisi açılsa, təəccüblənməyin” - Erməni deputat

Ermənistan parlamentindəki ən qatı millətçi və hökumətə müxalif deputatlardan biri sayılan Naira Zöhrabyan növbəti dəfə Nikol Paşinyan hökumətini Azərbaycana və Türkiyəyə qarşı loyal siyasət yürütməkdə günahlandırıb.

“AzPolitika.info” erməni KİV-lərinə istinadla xəbər verir ki, N.Zöhrabyan bu dəfə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri, deputat Tural Gəncəliyevin fikirləri üzərindən Paşinyan hökumətini tənqid edib.

Erməni deputat bildirib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil edən T.Gəncəliyev yaxın zamanda Xankəndində rəhbərlik etdiyi qurumun ofisinin açılacağını elan edib.

Zöhrabyan deyib ki, bunun tezliklə mümkün olacağını istisna etmir: “Əgər Stepanakertin(Xankəndi-red.) küçələrinin birində “Tural Gəncəliyevin ofisi” sözlərini oxusanız, təəccüblənməyin”.

Müxalif deputat bir az da irəli gedərək, hətta onu da əlavə edib ki, hökumət “Ermənistanın türkləşdirilməsi” siyasətini yürüdür.

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Eko 2021-04-07 22:05:20

araikin qiydirme metbuat katibi , yazir ki , neinki ofif, hettda biz ira ayaq basa bilmerik ((( yeni onnar yazani oxudum , metbuatda. Naira deyeni yazmayin. Araik deyeni yazin. Bu diqalar cox qudurublar !!

Müslüm Maqomayev 2021-04-07 17:30:44

Anamın ANASIsan ANA toprak (Azərbaycan)!

Xalq 2021-04-07 17:28:34

nairanın senarisi doğrudur! erməninin türkləşməkdən başqa yolu yoxdur!

KərkiCahanlı 2021-04-07 17:17:14

Görəsən, müxalif DEPUTAT nədən, Türkiyədəki, Azərbaycandakı, Qafqaz və Orta Asiyaya şəbəkələdilmiş hayları adekvatca geriyə 100 il öncə onlara verilmiş İrəvan xanlığına geri çağırmır?

vuqar 2021-04-07 16:49:36

ERMENISTANIN TURKLESDIRILMESI QACILMAZ VE LABUD PROSESSDIR YETER KI BU SIYASET DAVAMLI TESVIQ VE TETBIQ EDILSIN!ERMENILERE AID DASINMAZ EMLAKLARIN ALINMASI SURETLE APARILMALIDI ONSUZDA BU CIQAN SURUSUNDE VETEN MEFHUMU DEYILEN BIR SEY YOXDUR ..QUYRUQLARI..1 BALACA QAPIDA QALAN KIMI ..TUPURURLER DABANA..!

Son yazılar