"Bu cinayətə Rusiya şərikdir" - "Azərbaycan BMT-yə müraciət etməlidir"

"Ermənilərin Şuşa şəhərinə dağıdıcı gücə malik “İskəndər-M” raketi atmasının artıq bir fakt kimi təsbit olunması Ermənistanın insanlıq əleyhinə müharibə cinayətlərini törətməsini bir daha sübut edir. Atılan raketin Rusiya silahlı qüvvələrinin balansında olması Rusiyanı da bu cinayətə şərik edir".

"AzPolitika.info" xəbər verir ki, bunu hüquqşünas, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib. O, hesab edir ki, bu hadisədə Rusiya Ermənistanla birlikdə beynəlxalq hüquqi məsuliyyət daşıyır: "Federal Təhlukəsizlik Xidmətinin Rusiyaya məxsus raketin Ermənistanın əlinə necə düşməsi barədə istintaqa başlaması heç nəyi dəyişmir. Əvvəllər Rusiya tərəfindən Ermənistana silah-sursat verilməsi barədə bir neçə dəfə nəticəsiz belə araşdırmalar aparılıb. İndiki araşdırma da əvvəlkilərdən heç nə ilə fərqlənməyəcək".

Partiya sədri təklif edir ki, Azərbaycana qarşı törədilən beynəlxalq cinayətlərin araşdırılması üçün beynəlxalq tribunalın yaradılması məsələsinin beynəlxalq təşkilatlar qarşısında rəsmən qaldırılması üçün hərəkətə keçmək lazımdır. Bunun üçün Azərbaycan bir dövlət kimi BMT Təhlükəsizlik Şurasına rəsmən müraciət etməlidir. "Həmçinin, raket məsələsində Rusiyanın da məsuliyyətinin olduğunu nəzərə alaraq, 10 noyabr Bəyanatınınn havada qalan bəndlərinin həyata keçirilməsinə nail olmaq istiqamətində Rusiya ilə razılaşmaya getmək mümkündür. Ermənistan silahlı qüvvələrinin, erməni silahlı birləşmələrinin son nəfərinədək Azərbaycan ərazisindən çıxarılması, Xankəndi və işğal altında qalan digər ərazilərimizdə Azərbaycanın suverenliyinin bərpası, Naxçıvan dəhlizinin açılması, minalanmış ərazilərimizin xəritələrinin Ermənistandan alınması və Bəyanatdan irəli gələn digər məsələlərin tezliklə həll olunması Rusiyadan rəsmən tələb edilməlidir", - deyə Qulahmhüseyn Əlibəyli vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Veteran 2021-04-09 10:29:18

Tamamilə doğrudur.

Ş. Bayramov 2021-04-07 18:22:35

Haqq sözünü deyən mərd insanları dəstəkləyirəm!!!

Vətəndaş 2021-04-07 17:48:22

Əvvəla "İsgəndər"ballistik raketinin kim tərəfindən və kimin əmri ilə atıldığını dəqiqləşsirmək vacibdir.Bunu istəyən olsa peyk görüntüləri ilə müyyən etməl mümkündür.Çox ehtimal ki,müəyyən qurumlara bu çətinlik törətmir.İkinci tərəfdən Azərbaycanın belə faktlara qarşı bu günə qədər müvafiq beynəlxalq qurumlara müraciət etməməsi maraq doğurur.

Xalq 2021-04-07 17:47:02

yaxşı təklifdir, bu təklifi dəstəkləyirik!.

Son yazılar