Ekvadorda təyyarə qəzası baş verib, ölənlər var

Ekvadorda təyyarə qəzaya uğrayıb. “Report”un məlumatına görə, bu barədə yerli hüquq-mühafizə orqanları xəbər verib.

Ekvador polisi özünün tvitterdəki səhifəsində bildirib ki, hadisə Quayas əyalətində yerləşən Salitre şəhərində olub. Qəza zamanı bir neçə nəfər həlak olub.

Qeyd edilir ki, Ekvador polisi təyyarə qəzasının başvermə şəraitini müəyyənləşdirir.

Təyyarə Laqo-Aqriodan Quayakilə uçurmuş. Hadisə zamanı təyyarədə iki pilot və dörd sərnişin olub, onların hamısı qəzada həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar