"Distant təhsil böyük stres və diskomfort yaradır" - Emin Əmrullayev

“Distant təhsilin ailələr üçün böyük stres və diskomfort yaratdığını bilirəm. Bunu başa düşürük. Məncə cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur. Distant tədrisə pandemiyanın törəməsi kimi baxmalıyıq”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bəzi problemlərin qısa müddətdə aradan qaldırılması real görünmür: “Bəzi qəsəbələrdə qısa müddətdə internetin təmin edilməsi obyektiv səbəblərdən mümkün deyil. Hər müəllimin distant dərsləri eyni keyfiyyətdə keçməsi kifayət qədər çətindir. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın kənd yerlərində distant tədrisin problemləri özünü daha ciddi şəkildə büruzə verir. Ona görə də teledərslərdən istifadə olunur. Ailələrin rolu hazırda əvvəlkindən daha çoxdur. Əvvəlki dövrlə müqayisədə hazırda həm övladlarını psixoloji nöqteyi-nəzərdən dəstəkləməsi, həm də öyrətməsi baxımından valideynlərin rolu daha önəmlidir. Emosioları düzgün idarə etmək lazımdır”.

635x100

Şərhlər

hərbi pensiyaçı 2021-04-08 18:57:33

Biz dünya təhsilinə inteqrasiya ediriksə distant təhsilə ögey münasibət olmamalıdır. Təhsil almaq üsulunda şagirdin, tələbənin seçimi olmalıdır. Təhsil üsulunun nazirlik tərəindən müəyyən edilməsi və təhsil müəssisələrinin buna məcbur edilməsi düzgün deyil. Nəticədə şagirddən bilikli olmağı tələb olunursa onun bu biliyi hansı üsulla əldə etməyinə seçim hüququ verilməlidir. Elə ixtisaslar varki mütləq əyani təhsil olmalıdır. Bunlar azlıq təşkil edir. Şagirdləri sinifə yığıb saymaqla təhsil vermək olmaz.

Son yazılar