Menu

Suqovuşanda polis əməkdaşı qəzaya düşüb

08.04.2021, 19:34
Suqovuşanda polis əməkdaşı qəzaya düşüb

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə rayonun işğaldan azad edilən Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü Zəka Mehdiyev Suqovuşan kəndi ərazisində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü ağır bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən Z.Mehdiyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Şərhlər

t.ədalət 2021-04-09 01:45:22

Biz təcili surətdə Suqovuşan və Sərsəng su anbarlarını azad etməliyik.Bu strateji obyektlər üzərində rus quldurməramlıları mane hasarı qura bilməzlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol