İsrail Qırmızı dənizdə İrana qisas zərbəsi endirib - "The New York Times"

İsrail gücləri Qırmızı dənizdə İran gəmisinə bundan əvvəlki hücumların əvəzində cavab zərbəsi endirib. Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəsmi nümayəndəsi anonimlik şərtilə «Nyu-York Tayms» qəzetinə bildirib ki, İsrail xüsusi bölmələrinin İran gəmisinə hücumu barədə ABŞ-ı çərşənbə axşamı yerli vaxtla saat 07:30-da məlumatlandırıb.

Bu barədə aprelin 7-də «The Times of Israel» nəşri yazıb.

İnsident ABŞ və İran arasında İranın nüvə proqramı üzrə sazişin xilası istiqamətində Vyanada dolayı danışıqların aparılacağı gün baş verib. Nəşr xatırladır ki, İsrail ABŞ-ın Tehranın nüvə proqramı üzrə Birgə hərtərəfli fəaliyyət planında (BHFP) iştirakının qəti əleyhinədir.

Anonim ABŞ məmuru qəzetlə söhbətində bildirib ki, İsrail zərbəni «qisas aktı» adlandırıb və zərbə nəticəsində İran gəmisi zədələnib.

İsrail hələlik insidenti hər hansı formada şərh etməyib. Ölkə hakimiyyəti İran hədəfləri ilə bağlı zərbələri nadir hallarda təsdiqləyir və ya inkar edir.

Xəbər verildiy kimi, bu ərəfədə informasiya yayılıb ki, İran bayrağı altında üzən «Saviz» gəmisi minaya düşüb. Ərəb KİV-nin məlumatına görə, gəmi kəşfiyyat funksiyası yerinə yetirirmiş və İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəlidir.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2021-04-09 02:20:06

Türkiyə Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərimizin azad edilməsində bizə yardımçı oldu.Güman ki İsrail döpvləti də fars rejimi altında yaşayan,haqqı və hüquqları tapdanan Cənubi Azərbaycanımızın azad edilməsində bizə köməyini göstərəcək.Fars rejimi unudur ki,onun ordusunun əksər hissəsi Azərbaycan türkləridir və onlar heç vaxt farsların mövqeyini qorumayacaqlar.

Son yazılar