Menu

Koronavirusla bağlı mühüm açıqlama - "3-4 ay müddətində virusa yoluxaraq..."

09.04.2021, 12:00
Koronavirusla bağlı mühüm açıqlama - "3-4 ay müddətində virusa yoluxaraq..."

Müəyyən zaman çərçivəsində əhalinin 60-70 faizində koronavirusa qarşı kollektiv immunitet yaranmasa, xüsusi risk qrupuna daxil olunan şəxslərə yenidən peyvənd vurula bilər.

Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib:  "Pandemiyaya son qoymaq, eyni zamanda əhalini xəstəliyin ağır kliniki gedişlərindən qorumaq məqsədilə peyvəndlənmə prosesi icra edilir. Lakin əhalinin 60-70 faizində immuniteti yaranmasa, nəinki Azərbaycanda, bütün ölkələrdə xüsusi risk qrupuna daxil edilmiş şəxslərə təkrar peyvənd vurulması baş tuta bilər.

Artıq İngiltərədə məlumat yayılıb ki, payızda yaşı 60-dan yuxarı xüsusi risk qrupunda olan şəxslərə peyvəndin yenidən vurulması gözlənir".

Azərbaycanlı alim onu da qeyd edib ki, qısa zaman ərzində koronavirusa təkrar yoluxma halının olması mümkün deyil: "Koronavirusa yenidən yoluxma məsələsi elmdə çox müzakirə olunan məsələdir. Elmi cəhətdən COVİD-19-a yoluxan şəxslərin qısa zaman çərçivəsində, yəni 3-4 ay müddətində virusa yoluxaraq xəstəliyi ağır keçirməsi mümkün deyil. Əgər yoluxsalar belə, mütləq yüngül simptomlarla keçirəcəklər. Onların başqalarını yoluxdurma ehtimalı isə çox azdır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol