Menu

Ermənilərdən prezidentlərin Paris görüşünə təxribat

17.10.2014, 18:15
Ermənilərdən prezidentlərin Paris görüşünə təxribat

Erməni tərəfinin bu ilin yayında girov götürdüyü kəlbəcərli azərbaycanlılar Dilqəm Əsgərov (1960-cı il təvəllüdlü) və Şahbaz Quliyev (1968) üzərində qondarma məhkəmə prosesinin başlanacağı tarix bəlli olub. Musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi xəbərə görə, “proses” oktyabrın 27-də start götürəcək.

“Məhkəmə” Xankəndində “hakim” Anatoli Tadevosyanın sədrliyi ilə başlayacaq. Maraqlıdır ki, elə həmin gündə Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş olmalıdır.

Xatırladaq ki, soydaşlarımız “sərhədləri qanunsuz keçmək”də, qanunsuz silah-sursat gəzdirməkdə və qətldə günahlandırılır. Halbuki, onlar ermənilərin öldürdüyü Həsən Həsənov da daxil, Kəlbəcərdə öz doğmalarının qəbirlərini ziyarət eləməyə getmişdilər.

Azərbaycan prezidenti İlham Əliyev Bakıda vasitəçilərlə son görüş zamanı onlardan azərbaycanlı girovların azad edilməsinə yardımçı olmağı istəmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol