Menu

Azərbaycanlı məşqçi danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılıb

09.04.2021, 14:04
Azərbaycanlı məşqçi danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılıb

AFFA-nın İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda danışılmış oyunlarla bağlı məsələyə baxılıb.

Qurumun nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma və rəyi nəzərə alınmaqla danışılmış oyunlarda iştirakı təsdiq edilən peşəkar futbolçu və məşqçi kimi fəaliyyət göstərmiş Yasin Abbasova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar da qəbul oluna bilər.

Barəsində sanksiya qərarı verilmiş şəxsin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol