Menu

Rusiya səfirliyinin qarşısında etiraz - "Qarabağdan əlini çək!" şüarı səsləndirildi + FOTOLAR

09.04.2021, 17:27
Rusiya səfirliyinin qarşısında etiraz - "Qarabağdan əlini çək!" şüarı səsləndirildi + FOTOLAR

Bu gün Bakıda Rusiya səfirliyinin qarşısında ertiraz aksiyası keçirilib. 

"AzPolitika.info" xəbər verir ki, Müsavat Partiyası fəallarının keçirdiyi piketdə Rusiyanın Qarabağdakı hərbi qüvvələrinin mandatına aid olmayan fəaliyyətinə etiraz ifadə olunub, "Xankəndi Azərbaycandır", "Xocalı Azərbaycandır", "Qarabağdan əlini çək!" və başqa şüarlar səsləndirilib.

Aksiya iştirakçıları həmçinin Qarabağ müharibəsində "İsgəndər - M" raketlərindən istifadə edilməsi ilə bağlı da izahat tələb ediblər. Sonda piketin qətnaməsi Azərbaycan və rus dillərində ictimaiyyətin diqqətinə çatdırılıb. Polis aksiyanı müşahidə etsə də ona müdaxilə etməyib.

"AzPolitika.info"





Şərhlər

t.ədalət 2021-04-09 20:47:58

Vəziyyətin Rusiyanın ixtiyarına buraxılması heç yaxşı əlamət deyil.Hiss olunur ki,Putin bizi azad olunmuş rayonlara belə buraxmır.Bu yerdə yadıma Paşinyanın dediyi sözlər düşür.Müharibənin nəticələrinin zaman-zaman ermənistanın xeyrinə olacağını deyən bu əbləhin sözləri indi aydın olur.Putin tərəfindən işğaldan azad edilmiş rayonlara Azərbaycan əhalisinin köçürülməsini yasaqlayan Putinin son məqsədi yavaş-yavaş ortaya çıxır.Qaçqınları öz evlərinə-yurdlarına köçürə bilməməyimiz bizə baha başa gələcək.Rus icmasının başçısı Zabelinin Qarabağa rusların məskunlaşdırılması haqqında çıxış etməsi çox təhlükəli məsələdir.Xalq öz yurdununun müdafiəsinə qalxmalı,şəhidlərimizin tökülən qanı Putinə qurban verilməməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol