Gürcüstanda daha 11 nəfər COVID-19-dan ölüb

Gürcüstanda son sutkada daha 506 nəfərə koronavirus diaqnozu qoyulub, 11 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 287 689-a, ölənlərin sayı isə 3 869-a çatıb.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 285 nəfər artaraq 276 711 olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar