Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında Huber Köşkündəki görüş başa çatıb.
Prezidentlərin təkbətək görüşündən sonra iki ölkənin nümayəndə heyətləri arasında geniş tərkibli müzakirələr aparılıb.
İki ölkə lideri birlikdə mətbuat konfransı keçirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə danışıqlarının nəticələrini yüksək qiymətləndirib.
Türkiyə rəhbəri qeyd edib ki, tərəflər strateji əməkdaşlığın davam etdirilməsi mövzusu üzrə razılığa gəliblər.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə Qara dənizdə təhlükəsiz və sakit vəziyyətin təmin olunmasını hədəfləyib.
Türkiyə lideri müdafiə sənayesinin rəsmi Ankara ilə Kiyev arasındakı qarşılıqlı əlaqənin vacib elementi olduğunu vurğulayıb. Bununla yanaşı, əməkdaşlığın heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini əlavə edib.


Şərhlər