Erməni məmur general Muradovu təhqir etdi - Köçəryanı isə hədələdi

Ermənistanın Avan rayonu merinin müavini Nerses Poqosyan keçmiş prezident Robert Köçəryanı ölümlə hədələyib və Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovu təhqir edib. Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, Nerses Poqosyan Facebook səhifəsində belə yazıb: “Muradov, Muradov adi saxtakardır. Rob, mənim əsgərimin həyatı ilə oynadığına görə cavab verəcəksən, əqrəb kimi öləcəksən".

Xatırladaq ki, iki gün öncə Ermənistanda "hərbi əsrilər"in İrəvana qaytarılması ilə bağlı ajiotaj yaranmışdı. Hətta xeyli sayda insan onları qarşılamaq üçün aeroporta toplaşmışdı.

Öz növbəsində, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general Rüstəm Muradov Ermənistan rəhbərliyini hərbi əsirlər məsələsində təxribatda ittiham edib.

“Bu yalan və təxribatdır. Onlardan soruşun. Əhalini aldadırlar. Məhbusların geri qaytarılması planlaşdırılmamışdı. Bakıya işgüzar səfər idi", - Rusiya generalı erməni jurnalistin bir gün əvvəl Ermənistan rəhbərliyinin məhbusların geri qayıtması barədə nə üçün məlumat yayması ilə bağlı sualını cavablayarkən deyib.

635x100

Şərhlər

Xalq 2021-04-11 16:32:52

qəşəng olub!

Son yazılar