“Ermənistan cəbhədəki məğlubiyyətinin qisasını Gəncədən almağa çalışıb” - Fahrettin Altun

“Ermənilərin həm insanlara, həm də mədəniyyət abidələrinə qarşı həyata keçirdiyi qətliamlar qəbuledilməzdir”.

“Report”un Qərb mərkəzinin məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə birlikdə Gəncədə Ermənistanın raket zərbələri nəticəsində dağıntıya məruz qalmış binalara baş çəkən Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun bildirib.

“Bura nəzər saldıqda mülki şəxslərin yaşadığı ərazini görürsünüz. Gəncə Azərbaycanın ən böyük şəhərlərindən biridir. İnsanlar gecə vaxtı, yatan zaman raket atəşi nəticəsində qətlə yetiriliblər. Bu qəbuledilməzdir. Gəncədə 20-dən çox şəxs şəhid olub. Xocalıda Ermənistan nə edibsə, burada da onu etməyə çalışıb. Ermənistan cəbhədəki məğlubiyyətinin qisasını Gəncədən almağa çalışıb. Türkiyə olaraq hər zaman qardaş Azərbaycanın yanında olmaqda davam edəcəyik”-deyə, diplomat əlavə edib.

635x100

Şərhlər

Eli 2021-04-11 22:20:21

Allah Bextiyara rehmet elesin.Deyerdi:Kişi kişni yatdığı yerde bir de arvad yanında vumaz demişler.İndi biz başqasının qucağında öturüb yatmiş insanları raketle vuran ermeniden insanlıq ve kişlik gözleyirik.Bunlar dünyada en qorxaq en şexsiyyetsiz en şerefsiz milletdirler Eşi bir kişinin kişliyinin ölçü meyarı başqasının qucağında oturub xoruzlanmaq ola

t.ədalət 2021-04-11 20:10:19

ermənistan yox,Gəncəni atəşə tutduran Putin idi.

Son yazılar