"Bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, bizdə isə bu unudulub"- Deputat uşaq pulunun verilməsini istəyir

"Sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır".

"AzPolitika.info" xəbər verir ki, bunu VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib. Deputat qeyd edib ki, bunu inkar etmək olmaz, bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir.

"Uşaq pulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub",- deyə millət vəkili vurğulayıb.

S. Rüstəmxanl bildirib ki, gənc ailələrə yardım mənasında uşaq pulunun bərpa olunması çox vacib məsələdir: "Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaq pulu verilməsi məsələsini bərpası ilə bağlı addım atmalıdır”.

"AzPolitika.info"

635x100

Şərhlər

Camaat 2021-04-12 22:40:32

Camaat acdır ,pulsuzluq hamını məhv edib.Bir tərəfdəndə ƏƏSMN-yi bu bədbəxt kasıb-kusubların ,əlillərin, İşsizlərin ,uşaqların evini yıxıb.

Mubariz 2021-04-12 20:58:39

Sabir nazir teyin etsinler

Ziyafət 2021-04-12 16:52:46

Sabir bəy, sizi Sosial Müdafiə naziri təyin etrsəydilər daha yaxşı olardı.

Son yazılar