Menu

Lukaşenko Azərbaycana gəlir - İki gün qalacaq

12.04.2021, 21:06
Lukaşenko Azərbaycana gəlir - İki gün qalacaq

Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbayana səfərə çıxmağı planlaşdırır. Bu barədə aprelin 12-də Belarus liderin mətbuat xidməti xəbər verib.

Bildirilir ki, iki günlük səfərin proqramı genişdir. Xüsusilə, Aleksandr Lukaşenko və Azərbayan prezident İlham Əliyev 2 görüş keçirəcəklər. 

Onlardan biri Belarus lideri Bakıya çatarkən baş tutacaq. Qeyri-formal şəraitdə dövlət başçıları Belarus-Azərbayan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji tərəflərini müzakirə edəcəklər.

Ehtimala görə, danışıqların rəsmi hissəsi çərşənbə günü keçəcək. Prezidentlərin görüşü məhdud və geniş tərkibdə baş tutacaq.

«Tərəflər sənaye kooperasiyası, ərzaq istehsalı və tədarükü sahəsində cari və perspektiv layihələri, kənd təsərrüfatı məhsullarının emalı məsələlərini müzakirə edəcəklər. Bundan da aktual mövzulara toxunulacaq: səhiyyə sahəsində, elmi-texniki, təhsil və turist sferası sahələrində əməkdaşlıq. Dövlət başçıları həm də beynəlxalq gündəliyin aktual məsələləri istiqamətində fikir mübadiləsi aparacaqlar» - Belarus liderin mətbuat xidmətində qeyd ediblər.

Danışıqların nəticəsində ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.

Xatırladırıq ki, Belarus Respublikası Ermənistanın da daxil olduğu Kollektiv Müdafiə Müqaviləsi Təşkilatının (KMMT) üzvü olsa da prezident Aleksandr Lukaşenkonu Azərbaycan prezidenti İlham Əliyevlə sıx dostluq münasibətləri bağlayır.

"AzPolitika.info"

Şərhlər

Veteran 2021-04-13 10:14:11

Özü ilə aldığı milyonları necə gətirirmi?

RT 2021-04-13 08:07:56

Yeqin pula ehtiyaci var, getsin pashikden alsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol