Estoniyada Avropa İttifaqından çıxmaq təşəbbüsü... - Millətçilər imza toplayırlar

Estoniyanın «Rahvaalgatus.ee» adlı ictimai təşəbbüslər saytında ölkənin Avropa İttifaqından (Aİ) çıxması üçün petisiya yer alıb. Əgər sənəd azı 1000 səs toplayarsa, o zaman qanunveriiliyə görə, məsələ parlamentin müzakirəsinə çıxarılmalıdır.

Petisiyanın müəllifi sağ radikal Milli-Konservativ Partiyanın (EKRE) fəalı Kenno Pıltsamdır. 

Onun fikrncə, 2003-ü ildə keçirilmiş referendumu (ölkənin Aİ-a daxil olması barədə) qüvvəsiz hesab etmək lazımdır («sputnik-meedia.ee»).

Pıltsam məlumat verir ki, Aİ-a üzvlük barədə təşəbbüsü 18 il əvvəl Estoniya vətəndaşlarının yaıdan azı dəstəkləyib.

Ona görə də fəal hesab edir ki, yeni prosesin təşkilinə start vermək lazımdır: “Biz, EXİT yaratmalıyıq. Xalq referendumda həll etməlidir ki, Estoniya Aİ-a üzvlüyü davam etdirir, yoxsa öz suverenliyini bərpa edir? 2004-cü il mayın 1-də olduğu kimi...”

İndiki ana qədər petisiya 1309 imza toplayıb.

Bundan əvvəl eyni təşəbbüslə Estoniya parlamentində sözügedən partiya fyraksiyasından olan deputat Mart Helme çıxış etmişdi.

Onun sözlərinə görə, Estoniyanın Aİ-ya daxil olması anından başlayaraq, ölkənin müstəqil qərar qəbul etmək imkanları daim məhdudlaşdırlır.

«Mən, qeyd etmək istəyirəm: nə mən, nə bizim partiya üzvlərinin əksəriyyəti milli dövlətlər birliyi kimi Aİ-nın əleyhinə deyilik. Biz, federativ dövlət kimi Aİ-nın əleyhinəyik. Biz, Avropa hökuməti kimi, Avropa Komisiyasının əleyhinəyik. Biz, ümumi Avropa vergilərinin əleyhinəyik və ümumi Avropa siyasi ideologiyasının əleyhinəyik» - Helme bəyan edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Xalq 2021-04-13 01:12:44

sensasion xəbər oldu bu xəbər

Son yazılar