Menu

Bu həftənin hava proqnozu açıqlanıb

13.04.2021, 11:03
Bu həftənin hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.

"Report"un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu gün ölkə ərazisində hava şəraiti qeyri-sabit və bəzi yerlərdə yağıntılı keçsə də, aprelin 14-ü günün ikinci yarsında yağıntıları kəsilməsi gözlənilir:

"Sonrakı üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava əsasən yağmursuz keçəcək, zəif külək əsəcək. Bakıvə Abşeron Yarımadasında havanın temperaturu 16-18, rayonlarda isə 23-25 dərəcəyə kimi yüksələcək. Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub. Hətta bəxi günlərdə iqlim norma göstəricilərindən 7-9 dərəcə yüksəlib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol