Menu

Daha 11 müəllimdə koronavirus aşkarlanıb - 6 məktəb bağlanıb

13.04.2021, 15:08
Daha 11 müəllimdə koronavirus aşkarlanıb - 6 məktəb bağlanıb

Ucar rayonunda daha 6 orta məktəb koranavirusa görə bağlanıb.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında rayonun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərgüşad ümumi orta məktəblərində əyani təhsil müvəqəti olaraq dayandırılıb.

Buna səbəb adıçəkilən məktəblərdə ümumilikdə 11 müəllimdə COVID-19 testinin nəticələri pozitiv çıxmasıdır. Fəaliyyəti dayandırılmış məktəblərdə dərslərin onlayn rejimdə tədrisinə qərar verilib.

Hazırda məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, Ucar rayonunda ümumilikdə 45 orta məktəb fəaliyyət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol