Menu

Peşəkar fəaliyyətlə məşğul olan din xadimləri Prezident, deputat ola bilməyəcək

13.04.2021, 17:19
Peşəkar fəaliyyətlə məşğul olan din xadimləri Prezident, deputat ola bilməyəcək

Din xadimləri peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü ola bilməyəcəklər.

APA-nın məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, din xadimləri peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyə üzvü ola bilməyəcəklər.

Şərhlər

t.ədalət 2021-04-13 19:10:39

Bu cür qadağalar anti-müsəlman olan papanın təklifləridir....Yaxşı olar ki,papa avropada baş alıb gedən uşaqbazlığa qadağa qoysun.Dövlət başçısı mömün olarsa,Allahdan qorxar,zalım və haramxor olmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol