Menu

Yol polisi İsmayıllıda reyd keçirib - FOTOLAR

13.04.2021, 23:22
Yol polisi İsmayıllıda reyd keçirib - FOTOLAR

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, reyd zamanı dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb və 15 sürücü barəsində inzibati protokol tərtib olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol