Menu

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO

14.04.2021, 11:07
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.

Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Şərhlər

Səbuhi 2021-04-14 11:36:41

Cənab Prezident biz daima Sizə güvənmişik və həmişə olduğu kimi XALQIMIZ SİZİN ƏMR TAPŞIRIĞINIZI QEYRİ ŞƏRTSİZ İCRA EDƏCƏK. ALLAH SİZƏ CANSAĞLIĞI VƏ UZUN ÖMÜR VERSİN AMİN.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol