Düşməni daim qorxuda saxlayan Qənimətlər Parkı - VİDEO

Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı tarixi zəfərin nümayiş etdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonu ərazisində Hərbi Qənimətlər Parkı salınıb.

“Report” xəbər verir ki, parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-yədək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya da park ərazisində sərgilənir. Xatırladaq ki, parkın inşasına 2021-ci ilin yanvar ayında başlanılıb.

Hərbi Qənimətlər Parkından videreportajı təqdim edirik.


635x100

Şərhlər

Vətəndaş 2021-04-14 15:06:13

Mənfur ermənilər həmişə, hər yerdə şalvar və papaq problemi yaşayıblar. 44 günlük müharibə zamanı Azərbaycan əsgərinin ermənilərin şalvarını necə çıxadığını açıq-aydın gördük. Hərbi Qənimətlər Parkında boş qalan erməni papaqları nümayiş olunur. Gərək Azərbaycan əsgərinin əlindən qurtulmaq üçün ermənilərin şalvarını necə qoyub qaçdıqları, unitaz daşımaları da sərgilənə.

Son yazılar