Menu

Yunanıstandan Türkiyəyə əzələ nümayişi

18.10.2014, 09:45
Yunanıstandan Türkiyəyə əzələ nümayişi

Rusiya və İsrail Kiprdə hərbi təlimlərə başlayır

Kipr respublikasının prezidenti Nikos Anastasiades Türkiyəyə əzələ nümayiş etdirmək üçün Rusiya və İsraillə birgə hərbi təlimlər keçirmək barədə razılıq əldə edib.

ANS PRESS-in məlumatına görə, Rusiya və İsrail Silahlı Qüvvələri oktyabrın 20-də Kiprdə hərbi təlimlərə başlayacaq. Təlimlərdə Rusiya donanması Kiprlə Suriya arasındakı neytral sularda raket atışları həyata keçirəcək.

Digər tərəfdən isə İsrail donanması Kiprlə Krit adası arasındakı neytral sularda hərbi təlimlər keçirəcək. Bundan başqa İsrail hərbi hava qüvvələrinə məxsus qırıcılar Kipr səmasında uçuşlar həyata keçirəcək.

Hərbi təlimlər 2 gün davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol