Menu

"Ziraat Bank Azərbaycan" gömrük xidməti göstərəcək

15.04.2021, 18:01
"Ziraat Bank Azərbaycan" gömrük xidməti göstərəcək

Dövlət Gömrük Komitəsi (DGK) "Ziraat Bank Azərbaycan" ASC-ni kredit təşkilatlarının reyestrinə daxil edib. “Report” bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, bununla da, ölkədə gömrük xidməti göstərən bankların sayı 15-ə çatıb.

Digər 14 bank "Access Bank" və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər, "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Premium Bank", "Unibank”, “AFB Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, "Rabitəbank", “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank” və “Turan Bank” ASC-lərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol