"Prezidentin çıxışları tarixşünaslıq qarşısında yeni vəzifələr müəyyənləşdirir" - Sadiq Qurbanov

"Prezident İlahm Əliyevin tarixi gerçəkiliklərin gənc nəsilə çatdırılması ilə bağlı tarixşünaslıq qarşısında yeni vəzifələr qoyması tarixi və starteji baxımdan mühüm əhəmiyyət daşımaqla bərabər, gənc nəslin tərbiyəsində vacib amilə çevrilir".

"AzPolitika.info" xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri sədri Sadiq Qurbanov ölkə başçısının son çıxışlarının əhəmiyyətinin qeyd edərkən belə deyib.

Millət vəkilinin sözlərinə görə, Prezidentin nitqindəki tarixi konteks təsadüfi xarakter daşımır, bu, həm də İlham Əliyevin peşəcə tarixçi olması ilə bağlıdır: "Cənab Prezident bir müddət dünyanın ən nəhəng universitetlərindən olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. Təsadüfi deyil ki, 44 günlük müharibə dönəmində də biz İlham Əliyevin çıxışlarında tarixi çalarları qabarıq şəkildə gördük. Prezident Qarabağ tarixinin ən vacib tərkib hissəsi olan, 14 may 1805-ci ildə imzalanmış "Kürəkçay müqaviləsi"-nə toxunaraq, onun subyektlərinə diqqət yetirdi. Dövlət başçısı xüsusi ilə vurğuladı ki, müqavilə Çar Rusiyası ilə Qarabağ xanı İbrahimxəlil xan arasında bağlanmışdı. Prezident tərəfindən müqavilədə məhz qarabağlı İbrahimxəlil xanın imzasınınxüsusi olaraq önə çəkilməsi tarixi konteksdə Qarabağın məhz Azərbaycana məxsus olmasını, ermənilərin həmi ərazilərə sonradan köçürülməsini özündə ehtiva edən əsas amildir".

S. Qurbanov vurğulayır ki, tarixin öyrənilməsi ilə bağlı çağrışlar gənc nəslin vətənpərvərlik ruhunda yetişdirlməsi üçün önəmli addımlardandır: "Müdiklər deyib ki, keçmişini bilməyənin gələcəyi olmaz. Prezidenti İlham Əliyev isə “Biz heç vaxt imkan verə bilmərik ki, bizim torpaqlarda ikinci erməni dövləti yaradılsın!” demişdi. Bu fikirləri ən yüksək kürsülərdən müxtəlif beynəlxalq konfranslarda cəsarətlə səsləndirən Prezident, dünyaya hazırki Ermənistanın məhz Azərbaycanın tarixi torpaqları hesabına süni şəkildə yaradıldığını bəyan edir".

Millət vəkili daha sonra Prezidentin bu barədə çıxışından sitat gətirir: “Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün Türk dünyasını parçaladı"".

Ölkə başçısının “İndiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir” fikrini xatırladan Komitə sədri qeyd edir ki, İlham Əliyevin tarixi Azərbaycan torpaqları olan İrəvan və Zəngəzur bölgəsinə qaydışla bağlı çağrışları kerçəkliyi özündə ehtiva edir: "Prezidentin qısa, lakonik çıxışları özündə tarixi baxımdan bunları ehtiva edir:

1) Qədim Oğuz Türk yurdu olan Qərbi Azərbaycan türklərinə qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi;

2) Həmin ərazilərdən zorla Azərbaycan türklərinin çıxarılması və süni şəkildə erməni əhalisinin yerləşdirlməsi;

3) Toponimlərin adını dəyişdirərək tarixin izlərinin silinməsinə cəhdlər".

Sadiq Qurbanov tarixdən misallar gətirərək, 1918-1920-ci illərdə Şərqi Anadoludan Qərbi Azərbaycan ərazisinə, o cümlədn İrəvan, Zəngəzur, Dərələyəz, Naxçıvan bölgələrində mülki əhaliyə qarşı etnik təmizləmə, soyqırım cinayətləri törədən Andarnik Ozanyan və Hınçak dəstlərinin silahsız mülki əhalini qətlə yetirməklə həmin əraziləri tutmağa cəhd etdiklərini xatırladıb: "Həmi dönəmlərdə Zəngəzurun, Naxçıvanın ermənilərə verilməsi ilə bağlı beynəlxalq güclər tərəfindən həyata keçirilən işğal siyasətinin əsas məqsədi məhz Türk dünyası arasında olan quru yolunu kəsmək, Türk xalqlarının bir-biri ilə əlaqəsini zəiflətmək məqəsdi daşıyırdı. Cənab Prezident bu “layihənin” məhz Türk dünyasını parçalamağa yönəldiyini dəfələrlə öz çıxışlarında qeyd edib".

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev tez-tez Qərbi Azərbaycan ərazisindəki türk toponimlərinin qəsdən məhv edilməsini vurğulayır: "Bununla gənc nəsilə onların tarixi Azərbaycan torpaqları olduğunun çatırılmasının zəruriliyini bildirməklə yanaşı, tarixşünaslıq qarşısında yeni vəzifələr müəyyənləşdirir".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar