"Əhaliyə pulsuz maska paylayın" - Natiq Cəfərli hökumətə çağırış etdi

İqtisadçı ekspert, ReAL Partiyasının icra katibi Natiq Cəfərli Azərbaycanda insanların maska istifadəsindəki qüsurlara toxunub.

Musavat.com xəbər verir ki, o, bunu rəqəmlərlə izah edib: "Keçən ilin mart ayından bu ilin martına qədər ölkədə 77 mln. 600 min tibbi maska satılıb. Ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşlarının maska taxmadığını (əsasən, amma məktəblər açıq olanda taxırdılar) nəzərə alsaq, deməli, təqribən, 8,5 mln. əhali il ərzində maska taxmalı idi. Tibbi maskaların hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir, ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində, ən azı, 3 maska dəyişməli idi. Deməli, gün ərzində 8,5*3= 25,5 mln. ədəd, ay ərzində 765 mln. ədəd, il ərzində isə 9 mliyard 180 mln ədəd maska istifadə edilməli idi.

Bizdə 1 ilə 77,6 mln. maska satılıb, ilə 1 nəfərə 9 maska düşür".

N.Cəfərli bildirib ki, bu rəqəmlərə görə, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib: "Bu, bilirsiz nə deməkdir?! Maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır! Əhaliyə pulsuz maska paylanılmalıdlr ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun.

Hər vətəndaşa, heç olmasa, aya 10 maska pulsuz verilməlidir, camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır, bu zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir. Və açıq havada maska taxmaq tələbi ləğv edilməlidir!"

635x100

Şərhlər

.EJDER 2021-04-16 07:39:53

aye,maska bunlarin gelir menbeyidir,havayi hec ne olmur.get secki oyunu ile mewqul ol

t.ədalət 2021-04-16 00:54:27

Ehtiyac içərisində çırpınan əhaliyə pulsuz maska paylaya bilməyən Azərbaycan xarici ölkələrdə "xeyriyyə" tədbirləri keçirir.

Zanzibar 2021-04-15 22:42:31

Pulsuz maska yox, corek vermek lazimdir jamaata.

Son yazılar