"Azərbaycan Sənaye Korporasiyası"nın departament direktoru işdən çıxıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Hüquq departamentinin direktoru Nadir Bayramov işdən çıxıb.

"Report" bu barədə Korporasiyaya istinadən xəbər verir.

Məlumata görə, hələ ki, onun yerinə təyinat olmayıb.

N.Bayramov ASK-da 4 ildir ki, çalışırdı. O, 2017-2019-cu illərdə qurumun baş hüquqşünası, qeydiyyat və məhkəmələrlə iş şöbəsinin müdiri çalışıb, 2019-cu ildə Hüquq departamentinin direktor müavini, 2020-ci ildə isə direktoru təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar