Menu

Bakıda ağacları kəsən şəxsə qarşı tədbirlər görülür

17.04.2021, 19:06
Bakıda ağacları kəsən şəxsə qarşı tədbirlər görülür

Bakının Nizami rayonu, Nəsimi küçəsi 28 ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı və 2 ağacın kəsildiyi məlum olub.

“Araşdırma zamanı ərazinin qeyri-yaşayış obyektinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş Cavanşir İsmayılova verildiyi müəyyən edilib. Faktla bağlı C.İsmayılov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hazırda müvafiq işlər aparılır”, - deyə o bildirib.

Şərhlər

t.ədalət 2021-04-17 21:29:13

Baxır ağacı kəsən kimdir.Əli yuxarıların ətəyində olanlara zaval yoxdur.Onlar məktəb həyətlərindəki yaşıllığı dədə malı kimi dağıdırlar.

ayrım 2021-04-17 20:46:09

Başa düşmək olmur bu Cavanşirdə nə günah ki Bakı şəhər İHB Eldar sərəncam verəndə dyil ki günah ldarın məgər bu ərazidən xəbəri yox ki? Xətai rayonu İnqilab İsmayılov kücəsində 10 ədədə yaxın ağacı da kəsiblər səbəb Eldarın sərəncamıdı Əziziv hacıbalanın atasına düzgün rəhmət oxudur...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol