Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 17-də Naftalan şəhərinə səfər ediblər.
Dövlət başçısı və xanımı səfər çərçivəsində “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında iştirak ediblər.
13 HEKTAR SAHƏSİ VAR
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, 13 hektardan çox sahəsi olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Helikopter meydançasının olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları və geniş yaşıllıq zolaqları salınıb. SPA terapiya üsullarına geniş yer verilən oteldə 132 otaq var. Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır.Prezident İlham Əliyev otelin əməkdaşları ilə görüşüb. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva elektromobillərlə otelin ərazisini gəziblər.
“RİXOS”DA DA OLUBLAR
Bundan başqa, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə tanış oldular.Məlum at verilib ki, 2013-cü ilin aprelinədək “Qaşaltı” sanatoriyası adı altında fəaliyyət göstərən oteldə keçən il yenidənqurma işləri aparılıb. Sağlamlıq Mərkəzi Korpusunda Naftalan terapiyası ilə yanaşı, SPA terapiya, fizioterapiya və reabilitasiya, o cümlədən fitnes bölmələri fəaliyyət göstərir. Oteldə su prosedurları korpusu da yaradılıb. Yaxın gələcəkdə burada müasir rentgen, ultrasəs müayinəsi, stomatologiya, urologiya, kardiologiya, laboratoriya, hərəkət orqanları və dəri xəstəlikləri şöbələri fəaliyyət göstərəcək.


Şərhlər