Menu

Bakıda 22 yaşlı gənc yol qəzasında xəsarət aldı

18.04.2021, 01:02
Bakıda 22 yaşlı gənc yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1999-cu il təvəllüdlü İsmiyev Rüstəm Şahin oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol