Menu

ABŞ-ın vitse-prezidentini öldürməklə hədələyən tibb bacısı saxlanılıb

18.04.2021, 09:17
ABŞ-ın vitse-prezidentini öldürməklə hədələyən tibb bacısı saxlanılıb

Floridada yerli sakin ABŞ-ın vitse-prezidenti Kamala Harrisi öldürmək təhdidinə görə saxlanılıb.

“Report” “Miami Herald” nəşrinə istinadla xəbər verir ki, 39 yaşlı tibb bacısı, afroamerikalı Nivian Peti Felps həbsxanada olan əri üçün bir neçə video hazırlayıb. O, videolarda siyasətçini öldürməklə hədələyib, hətta sui-qəsd planının tarixini də açıqlayıb.

Felps həmçinin Harrisin afroamerikalı oması barədə şübhəsini ifadə edib.

Məhkəmə prosesində hakim 3 uşaq anası olan Felpsi cəmiyyət üçün təhlükəli hesab edib və onun istintaq altında olduğu müddətdə həbsi barədə qərar çıxarıb. Müqəssiri təqsirini etiraf edəcəyi təqdirdə beş illik həbs cəzası gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol