Menu

Misirdə qatar relsdən çıxıb - 8 nəfər ölüb

18.04.2021, 20:03
Misirdə qatar relsdən çıxıb - 8 nəfər ölüb

Misirin paytaxtı Qahirənin şimalındakı Qalyubia əyalətində qatarın relsdən çıxması nəticəsində 8 nəfər həlak olub, 109 nəfər yaralanıb.

APA bildirir ki, bu barədə "Al Arabia" telekanalı Misirin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

***

Misirdə Qahirənin şimalındakı Qalyubia əyalətində bir qatarın relsdən çıxması nəticəsində 100-dən çox insan yaralanıb.

APA-nın RİA Novosti-yə istinadəla verdiyi xəbərə görə, bu barədə regionun administrasiyası məlumat verib.

Əl-Ərəbiyyə telekanalının ilkin məlumatında qatar qəzasında səkkiz nəfərin öldüyü və 20-dən çox insanın yaralandığını bildirilmişdi. Qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşüb.

Sonradan qeyd olunub ki, qəzada 109 vətəndaş xəsarət alıb.

Bölgənin qubernatorluğundan verilən məlumata görə, səkkiz vaqon relsdən çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol