Menu

“BakuBus”un avtobusu ağaca çırpılıb - Xəsarət alanlar var (FOTOLAR)

19.04.2021, 11:08
“BakuBus”un avtobusu ağaca çırpılıb - Xəsarət alanlar var (FOTOLAR)

Bakıda yol- nəqliyyat hadisəsi baş verib.

“Report”un əməkdaşı xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən 147 nömrəli texniki-humanitar liseyinin yaxınlığında qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JU 240 dövlət qeydiyyat nişanlı “Iveco” markalı sərnişin avtobusu ağaca çırpılıb. Nəticədə 2 nəfər sərnişin xəsarət alıb, sürücünün halı pisləşib.

Hadisə zamanı 147 nömrəli texniki-humanitar liseyinin hasarına ziyan dəyib.

Şərhlər

turan 2021-04-19 15:02:44

O şirkətin " sürücü"lərindən yaxşı Formula 1 sürücüsü çıxar. Kimin yoluna istəyirlər keçirlər

Perviz 2021-04-19 13:22:03

Bunlar da artıq evvelki kimi islemir, kimi geldi işə götürürlər bunun qarşısı alinmalidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol