Menu

"Rusiyaya qarşı aksiyaların arxasında ABŞ durur" - Mariya Zaxarova

19.04.2021, 15:23
"Rusiyaya qarşı aksiyaların arxasında ABŞ durur" - Mariya Zaxarova

“Rusiya diplomatlarının Çexiyadan çıxarılmasının arxasında ABŞ durur”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələrin çoxsaylı problemləri var, siyasi-informasiya xarakterli tədbirlərlə həmin problemləri ört-basdır edirlər.

Qeyd edək ki, Çexiyanın baş naziri Andrey Babiş 2014-cü il aprelin 17-də ölkənin Vrbetis şəhərindəki bazada partlayışı Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının törətdiklərini bildirib. Məlumata görə, Çexiya Rusiyanın 18 diplomatının 48 saat ərzində ölkəni tərk etməsini istəyib. Rusiya da cavab tədbiri kimi Çexiya səfirliyinin 20 əməkdaşını ölkədən çıxarır.

Şərhlər

t.ədalət 2021-04-19 20:59:58

Nə yaxşı ki ABŞ var.Yoxsa,Rusiya Azərbaycanı parça-parça edər.İşğalçı və terrorçu Rusiyaya lənət olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol