Menu

Rusiya ordusu Artikada təlimlərə başlayıb

19.04.2021, 17:24
Rusiya ordusu Artikada təlimlərə başlayıb

Rusiya ordusu aprelin 19-da Artikada döyüş gəmiləri, atom və dizel sualtı qayıqları, eləcə də hava hücumundan müdafiə sistemlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə Rusiya Hərbi Dəniz Donanmasının komandanı admiral Nikolay Yevmenov rəhbərlik edir.

Təlimlərdə Rusiyanın Artikada iqitisadi maraqlarının təhlükəsizliyinin təmin edilməsi, dənizdə xilasetmə əməliyyatları üzrə tapşırıqlar yerinə yetirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol