Menu

Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyası nə deməkdir? - Millət vəkili izah edir

19.04.2021, 18:03
Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyası nə deməkdir? - Millət vəkili izah edir

Azərbaycanın işğaldan azad edilmiş bölgələrində şəhər və kəndlərin bərpasında "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyasından istifadə olunacaq. Aprelin 19-da Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sənəddə konsepsiyanın hazırlanması üçün hökumət üzvlərindən ibarət İşçi qrupu yaradılıb.

Bəs "Ağıllı şəhər", Ağıllı kənd" konsepsiyası nə deməkdir, özündə nəyi ehtiva edir?

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "AzPolitika.info"-ya bildirib ki, sözügedən layihə texnologiyanın istifadə edildiyi, mənbələrin davamlılığının saxlanıldığı və beləliklə yaşam səviyyəsinin yüksəldildiyi şəhərlər və kəndlərdir. 

Onun sözlərinə görə, "Ağıllı şəhər"in ən əsas üstünlüyü şəhərdə yaşayan insanlar üçün bütün məlumatların toplanmasıdır: "İnternet vasitəsi ilə toplanan məlumatlar dəyərləndirilir və onun əsasında şəhərin problemlərini həll etməyə yönələn əsaslı tədbirlər görülür. Bu tədbirlərin hər mərhələsində informasiya texnologiyalarından yararlanılır. "Ağıllı şəhər" sistemində evlərdə, yollarda, parklarda, xəstəxanalarda, körpülərdə, tunellərdə və yaşıl zonlarda, yəni şəhəri təşkil edən hər şeydə müasir informasiya texnologiyasından istifadə olunur. Beləliklə, nəqliyyat və enerji istifadəsində məhsuldarlığın artırılması hava, işıq və səs-küyün azaldılması, su qaynaqlarından düzgün istifadənin təmin edilməsi kimi bir çox faydalarını saymaq olar".

Millət vəkili qeyd edib ki, bunun nəticəsində, şəhərdə yaşayan insanlar daha yaxşı xidmətlə təmin olunur və onların həyat səviyyəsi yüksəlir: "Ağıllı nəqliyyat" sistemi yoldakı tıxac haqqında məlumat toplayır və tıxacların azalmasına, qəzaların qarşısının alınmasına aid tədbirlər görür. Sakinlərə nəqliyyat vasitəsinin nə zaman gələcəyini, getmək istənilən yerə nə zaman çatacağını və s. kimi məlumatlar verir. Beləliklə, bu tədbirlər "Ağıllı şəhər"də yaşayanlarla paylaşılır və şəhər başçıları da piyada keçidlərinin inkişafını, velosiped və elektrik vasitələrdən istifadəni dəstəkləyərək karbon istifadəsinin azalmasını təmin edir. "Ağıllı dayanacaq" sistemi sürücülərə ən yaxınlardakı boş dayanacaq yerləri haqda məlumatları çatdırır. Beləcə, dayancaq yeri axtarılarkən, istifadə olunacaq yanacağa və zamana qənaət etmək təmin olunur. Komitə sədri "Ağıllı çevrə" sistemi haqqında da ətraflı məlumat verdi: "Bu sistem su toplama və çirklənmiş suyu təmizləmə metodu ilə saflaşdıraraq, təbii su qaynaqlarını sərfəli və aktiv istifadə edir. Məsələn, açıq məkanlardakı bitkiləri suvararkən, hava istiliyinə görə zamanı və miqdarını təyin edər. Beləliklə, lazımsız su istidadəsinin qarşısı alınar. Təbii qaynaqlar səmərəli istifadə olunar".

Millət vəkil daha sonra bildirdi ki, "Ağıllı işıqlandırma" sistemi də çox faydalıdır: "Məsələn, küçə işıqları bir vasitə və ya insan sezdikdə yanar, sonra isə sönər. Beləliklə, enerji istifadəsinə qənaət təmin olunar. Beləcə "Ağıllı şəhər"də yaşayanların vaxt itkisinin qarşısı alınır və yaşam keyfiyyəti yüksəlir".

S. Qurbanovun sözlərinə görə, "Ağıllı şəhər" yaratmaq hər nə qədər idarəçilərin məsuliyyəti kimi görünsə də, bu sistemdən istifadə edəcək, faydalanacaq insanlar ondan agah olmalıdırlar. "Bütün bunlardan son nəticəyə gəlsək, məlum olar ki, "Ağıllı şəhər", "Ağıllı kənd" dedikdə, biz əsasən ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat, ağıllı biznes və bunların da fövqündə ağıllı dövlət idarəçiliyi dayanır," - deyə millət vəkili vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Eko 2021-04-20 07:48:26

Yani orda yashiyanlar , hamsi aqilli olacaq ?

Bilal 2021-04-20 05:15:24

Bizlərdə bir Qədərov var.Köhnə koministdir.92 yaşındadır.Əzrayın hər gün qapısını döysə də hələ ki höcətlik edir, qapını açmır..Bu Qənbər kimi görür ona "Kommunizm tezliklə bütün dünyada mütləq qələbə çalacaq"" deyir. ...anlamaq çətindir....

t.ədalət 2021-04-19 20:57:18

"Ağıllı şəhər". və ya "ağıllı kənd" deyilən məsələ kəndlinin əlindən torpağın alınmasıdır.Məlumdur ki,bnu gün kənd və qəsəbələrimizdə ancaq mal-qara bəsləmək,əkin-biçinlə ruzusunu qazanır.Kənddə,yaxud da şəhərdə yanıb-sönən işıqlar yox,əhaliyə çörək pulu üçün iş yeri lazımdır.Məmurları oğru və talançı olan ölıkəmizdə inbsanları hansısa bir qüuldurbaşının öhdəsinə buraxmaq olmaz.

Teklif 2021-04-19 20:15:17

" Aqilli memurlar " , " Aqilli Millet Vekilleri " , " Aqilli - DUZGUN Sechkiler " , " Aqilli ICTIMAI NEZARET SISTEMI " , " Aqilli , DOVLETI IDARE ETMEK SISTEMI " baresinde , XALQIN REYINI BILMEK LAZIMDIR , MUTLEQ !!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol