Menu

AQTA vaxtı keçən məhsulları satışdan çıxardı

20.04.2021, 12:04
AQTA vaxtı keçən məhsulları satışdan çıxardı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonu, Liman şəhəri, T. Bağırov küçəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Ülviyyə Ağaverdi qızına məxsus “Pibon” marketdə yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı marketdə istifadə müddəti bitmiş pendir, şor, üzüm qurusu, noğul və nabat məhsulu aşkar edilib.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, məhsullar satışdan çıxarılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol