Menu

Azərbaycanda böyrək və qaraciyər köçürülənlərin statistikası açıqlanıb

20.04.2021, 12:59
Azərbaycanda böyrək və qaraciyər köçürülənlərin statistikası açıqlanıb

“Təəssüf ki, bu gün yalnız canlı donordan yalnız qaraciyər və böyrək transplantasiyası edirik. Ümid edirəm ki, bu problem yaxın gələcək üçün öz həllini tapmış olacaq”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Cərrahiyə və Orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi deyib.

O qeyd edib ki, 10 il müddətində ümumilikdə 992 xəstəyə orqan köçürülüb:

“Onlardan 230-na qaraciyər (135-i kişi, 95-i qadın), 762-nə isə böyrək (468-i kişi, 294-ü qadın) köçürülüb".

M.Kazımi vurğulayıb ki, icra olunan qaraciyər köçürməsi zamanı donorların 138-i kişi, 93-ü isə qadın olub:

“Böyrək transplantasiyası zamanı donor olanlardan isə 285-i kişi, 477-i isə qadındır. Qaraciyər köçürməsi zamanı 230 xəstənin 1 illik yaşam göstəricisi 94 % təşkil edib. Toplamda isə 40 ölüm faktı olub. Aldığım məlumata görə, ölən xəstənin biri 11-ci ilində Zəngilanın işğaldan azad edilməsi xəbərini eşidəndə sevincdən dünyasını dəyişmişdi”.

O, həmçinin əlavə edib ki, qaraciyərlə bağlı problem əsasən Hepatit B və C xəstələrində qeydə alınır:

“Bunun da əsas səbəbi həmin xəstəliyə qarşı peyvəndin vurulmamasıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol