MÜSLÜMOVUN ƏDALƏTSİZ VƏ ANTİ-MİLLİ “ƏBƏDİ İRSİ"... - Pensiya, sosial müavinət, əlillik təyinatındakı müşküllər nə zaman çözüləcək?
Azərbaycanın pensiya qanunvericiliyi ona edilən dəyişikliklərin, xüsusilə də mürəkkəb və anlaşılmaz dəyişikliklərin sayına görə Ginnesin rekordlar kitabına düşəcək qədər zəngindir. Ancaq nə yazıq ki, bu dəyişikliklər nəticə etibarilə rahat, əhali üçün əlçatan, anlaşılan, yaşlı, əlil, imkansız insanların rifahının yaxşılaşdırılmasına xidmət edən bir sistemin formalaşması ilə nəticələnməyib, əksinə, əhalinin ən çox şikayətçi olduğu bir sitemə çevrilib.
Bunu isbat etmək üçün uzağa getmədən, sadəcə küçəyə çıxıb 10-15 pensiyaçı arasında sorğu aparmaq kifayətdir.
Eynilə də əlillik dərəcəsinin təyinatı, əlillik müavinətlərinin, həmçinin ünvanlı sosial yardımların verilməsi, bölüşdürülməsi qaydaları və onların məbləği barədə də sorğu aparsanız eyni mənzərə ilə rastlaşarsınız- narazılıq, şikayət, etiraz.
Səlim Müslümovun dövründə, şəxsən özünün iştirakı ilə hazırlanan və keçilməz labirinti xatırladan pensiya qanununun o qədər əyər-əskiyi var ki, sadalamaqla bitməz.
Onun tətbiqi isə misal üçün şərəfli peşə sahibi adlandırdığımız müəllimi, eynilə də dövlət müəssisələrində işləmiş, aşağı əməkhaqqı almış həkimdən tutmuş fəhləyə qədər hamını “pensiya yaşına çatmış dilənçi” kökünə salıb. Çünki bu adamların aldıqları 200 manat civarındakı pensiya onların ayın bu başından o başına normal qidalanıb sağ-salamat çıxmasına imkan vermir, hələ bunun par-paltarı, dava-dərmanı, kommunal xərclərini və s. demirik.
Ancaq əvəzində polis, prokurorluq, vergi işçiləri, hakimlər, icra orqanlarında yüksək vəzifə tutmuş şəxslər, deputatlar və digər bu qəbildən olan şəxslər həddən artıq yüksək pensiya alırlar. Soruşan lazımdır ki, niyə, hansı xidmətlərinə görə?
Təbii ki, texniki baxımdan pensiya məbləğləri arasındakı fərq belə izah oluna bilər ki, sadaladığımız şəxslər əmək haqları yüksək olduğu üçün daha böyük pensiya kapitalı toplayıblar və buna görə də daha yüksək pensiya alırlar. Bəs o zaman hanı sosial ədalət prinsipi?
Məgər müəllimin, yaxud həkimin zəhməti, xalq qarşısındakı xidməti yuxarıda sadaladığımız peşə sahiblərindən azmı olub? Onların günahıdırmı ki, uzun illər boyu dövlətin onlara verdiyi rəsmi əmək haqqı qəpik-quruş olduğu üçün hesablarına yığılan pensiya kapitalı azdır?
Yaxud təkcə hansısa sahibkarın yanında çalışan və hər an işini itirmək qorxusundan aldığı əmək haqqının rəsmiləşdirilməsini tələb edə bilməyən, bununla da pensiya kapitalı yığılmayan vətəndaşmı günahkardır ki, ölkədə hələ də əmək qanunvericiliyi tam gücü ilə işləmir?
Ümumiyyətlə, əvvəlcə sərvətlərin ədalətli bölgüsü aparılmadan, insanlara normal iş, rəqabət mühiti, qazanc əldə etmək imkanları, eləcə də özəl sektora effektiv nəzarət-uçot sistemi yaradılmadan belə bir pensiya qanununun hazırlanması və tətbiqi müsbət nəticə verə bilməzdi və vermir də.
Söhbət pensiya kapitalından düşmüşkən, bir statistikaya xüsusi diqqət yetirməkdə fayda var. Azərbaycanda bütün ölümlərin 41 faizi 65 yaşa qədər insanların payına düşür. Həmçinin, vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir. Bu, ölkəmizdə erkən ölümün yüksək, hətta kritik həddə olmasıyla yanaşı, həmin şəxslərin illər boyu topladığı pensiya kapitalının sonrakı taleyi barədə də düşünməyə əsas verir.
Faktiki olaraq, insan pensiya yaşına çatmamış vəfat edibsə, onun yığdığı pensiya kapitalının yalnız yığım hissəsi varislərinə ödənilir, sığorta hissəsi isə verilmir. 65 yaşa kimi, hətta kapital tam ödənilibsə belə, pensiyaçıya həmin vəsaitlər qaytarılmır. O, Sosial Müdafiə Fondunun gəlirləri hesab olunur və fondda qalır. Deməli, sığorta olunub, pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşın pulu tam qaytarılmır. Bunu ədalətli saymaq olarmı?
Mövcud sistemin naqisliyi özünü həm də onda göstərir ki, işsizlər, iş axtara-axtara qocalanlar, günəmuzd işləyənlər, rəsmi maaşı, əmək müqaviləsiz olmayanlarla yanaşı işləyənlərin də əhəmiyyətli hissəsi 65 yaşına çatsa da belə pensiya deyil, 130 manat qocalıq müavinəti almalı olacaq.
Belə ki, ekspertlərin hesablamalarına görə, Azərbaycanda hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının – 845 min 900 nəfərinin maaşının 343 manat və ondan aşağı olması onların gələcəkdə pensiya almasında böyük çətinliklər yaradacaq.
Məsələ ondadır ki, mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir.
Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir.
Əgər kimsə işləyirsə ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il, ayda 300 manat maaş alırsa onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il, ayda 350 manat maaş alırsa onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir.
Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43200 manata qalxacaq.
Yəni, bir şəxs uzun müddət işləyib hazırda tələb olunan 28800 manat minimum pensiya kapitalını yığsa da, sabah (məsələn, təqaüdə çıxmasına bir-iki il qalmış) minimum pensiya məbləği 50 manat artılarsa, dərhal pensiyaya almaq hüququndan məhrum olur. Belə pensiya sistemi anti-milli deyil, nədir?
Yaxud, olsun əlillik dərəcəsinin təyinatı və əlilliyə görə müavinətlərin məbləği. Müavinət məbləğlərinin çox aşağı olması və əlillərin normal yaşayışını təmin etməməsi birmənalıdır. Ancaq bəla bununla bitmir.
Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlillik təyinatlarının ləğvi istiqamətində ciddi iş aparıb, minlərlə saxta əlillik dərəcəsi alanlar müəyyənləşdirilib və nəticədə büdcənin on milyonlarla manat vəsaitinə qənaət edilib. Bu, çox yaxşı və təqdirəlayiq haldır. Nazirlər Kabinetinin ötən ilə dair hesabatında bildirilir ki, 2020-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 13,2 min nəfər üzrə ilkin əlillik təyinatı aparılıb. Bu da 2019-cu illə müqayisədə 53 faiz azdır və saxtakarlıqla mübarizənin effektivliyini göstərir.
Lakin bu xeyirxah işi görənlər əlilliyə görə müavinətləri dayandırılan və bu səbəbdən Travmatologiya və Ortopediya İnstitutundan tutmuş Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə qədər bütün Həkim Ekspertiza Komissiyalarının qarşısındakı növbələrdə dayanan əlil, xəstə vətəndaşlarımızın durumuna da diqqət yetirsələr pis olmaz. Bu adamlardan müavinətlərinin bərpası üçün yenidən komissiyadan keçmələri tələb olunur. Olsun. Lakin eyni zamanda da onlara bildirilir ki, növbə böyük olduğundan komissiyanın qəbuluna ən yaxşı halda 4-5, pis halda 8-9 aya düşə biləcəksiniz. Nəticədə çoxları özlərinin yeganə gəlir mənbəyi olan əlillik müavinətindən aylarla məhrum edilirlər. Bu adamların həmin müddətdə nəylə dolanacağı, dava-dərman alacağı və s. isə görünür, heç kimi maraqlandırmır.
Olmazmı ki, müavinətlər yalnız müvafiq komissiyaların vətəndaşın özünün iştirakı ilə yoxlama keçirməsindən və əlilliyin saxta olduğu təsdiqlənəndən sonra dayandırılsın? Necə deyərlər, “qulağı kəsib saymaqdansa, sayıb sonra kəsmək” doğru olmazdımı?
Axı, hazırda ortada gerçəkdən əlil olduqları halda, aylarla növbə gözləməli olan və müavinətdən məhrum edilən minlərlə vətəndaşımız var. Bu, o deməkdir ki, qurunun oduna yaş da yanır. Deməli, belə çıxır ki, əlilliyə görə verilən müavinəti bir andaca ləğv etmək olar. Onun bərpası isə nəinki bir anda, bir gündə, heç bir ayda da yox, bir neçə ayda və bu templərlə bəlkə də bir il ərzində mümkün olacaq.
Ümumiyyətlə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxil müvafiq qurumlar tərəfindən sistematik hazırlıq işləri görülmədən, müraciətləri vaxtında və operativ şəkildə araşdıracaq, qiymətləndirəcək yetərli sayda komissiyalar yaradılmadan əlil müavinətlərini ucdantutma “baltalamaq” nə dərəcədə düzgün addımdır? Belə təəssürat yaranır ki, əsas məqsəd dövlətin sosial xərclərini ədalətli bölüşdürməkdən daha çox həmin vəsaitlərə mümkün qədər qənaət etmək, verilənləri də geri qaytarmaqdır.
Axı, Müslümovun, Ələkbərovun, yaxud Nağıyevin vaxtında kimlərəsə saxta əlillik dərəcəsi verilməsinin, müvafiq nəzarət qurumlarınınsa səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından buna göz yumulmasının cəzasını sıravi əlil vətəndaş niyə çəkməlidir?
Nədənsə, Əli Nağıyevdən tutmuş üzü bu tərəfə əhalidə əmək nazirlərinə qarşı heç vaxt simpatiya olmayıb. Yəqin ki, bunu həmin nazirlərin şəxsi keyfiyyətlərindən daha çox ümumilikdə sosial siyasət, pensiya, müavinət, sosial yardım sistemi şərtləndirir. Vəziyyəti müəyyən dərəcədə düzəltməli olan və ilk olaraq, müəyyən ümidlər doğuran elektron müraciət sistemi isə mükəmməllikdən xeyli uzaq olduğunu göstərdi...
Bəli, təəssüf ki, hazırda Səlim Müslümovdan qalma, şəxsən onun iştirakı və təşəbbüsü ilə hazırlanan pensiya qanunu qüvvədədir və işləyir. Görünən də odur ki, bundan imtina etmək fikirləri yoxdur.
Eynilə də əlilliyin, sosial müavinətlərin təyinatı qaydaları və məbləğlərində prinsip etibarilə ciddi dəyişiklik yoxdur. Yenə əvvəlki qədər olmasa da, bir çox hallarda süründürməçilik, haqsızlıq, biganəliklə qarşılaşmalı oluruq. Deməli, Səlim Müslümov getsə, hətta həbs olunsa da belə, onun ədalətsiz və müəyyən mənada anti-milli “irsi” qalır və yaşayır...
Cəlal Məmmədov
“AzPolitika.info”
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Elxan adı ilə yazana: Azərbaycanda kifayət qədər elmli, savadlı, bu pensiya, müavinət sistemini bilən və onun ən yaxşısını qura biləcək iqtisadçılar vardır. Səlimin bir az danışıq qabiliyyəti və ondan 100 dəfələrlə çox korrupsiya iştahı bu sistemi qurmağa imkan vermədi. Ancaq bu sahəyə rəhbərlik və ya burada bir doğru-düzgün sistemin qurulması Əli Məsimli kimi iqtisadçıya tapşırılsa, inanıram ki, çox qısa bir müddətdə bu məsələ həllini tapar. Əli müəllim savadlı, əsilli-nəsilli bir şəxsiyyətdir (Səlim kimi qaraçı deyil) və mən yazdığlarıma tam inanıram...
Bu tip insanlar, yəni səlim, əjdər ol və s. Xalqın, Millətin, Hökumətin üz-qaraladır. Belə ki, vaxtilə acından günorta dururdu, yataqxanada yaşayırdı və s....indi yüksək vəzifə verilib ki, Xalqa, Dövlətçiliyə xidmət et, daraşıb Xalqın, Dövlətin malına. Bu nankorluqdur, ən böyük oğurluqdur, şərəfsizlikdir və s...
Saxta əlilik alanların əliliyinin ləğv olunması təqdirə layiqdir, ancaq elə əlilər var ki, ömürlük əliliyi təsdiq olunub. Onlardan biri ıı qurub gözdən əlil, açqısız poçtalyon işləyir....II qurub gözdən əlil açkı taxmadan poçtalyon işləyə bilərmi cənab Nazir ??? Əlililərin hamısı təkrar komissiyadan keçməsi üçün mühüm addımlar atılmalıdır. Aadmı olanalar komissiyadan ömürlük təyin olunub, adamı olmayanlar isə komissiyadan keçməlidir ?
Cox deqiq arashdirilib movzu
Təşəkkür edirəm Cəlal bəy. Rəhmətlik Turgut Özalın məşhur bir kəlamı var idi: "Türkiyə xoşbəxtdir, çünki nefti yoxdur. Türkiyə bədbəxtdir, çünki Rusiya kimi qonşusu var."
Səlim, dostu və korrupsiyada Səlimdən də irəlidə olan şair Əjdər Olun şeirini qəşəngcə deyirdi: Adamsan da incidərlər adamı, O dünyadan haraylama atanı, Alansansa dur özün al qadanı, Canım gözüm ömür elə budur bu, Çarpışmağa meydan budur, cıdır bu...
Səlim ondan tələb olunan missiyanı tam yerinə yetirdi.Onu nazir təyin edərkəm yüksək səviyyədə biliyinin və bacarığının və bacarığının oldugumu yaxşı bilirdilər və ondan da istifadə edildi. Səlim özü də aqibətinin belə olmasa da sonda buna yaxın bitəcəyini ehtimal edirdi. Ən azı axırda hər şeyi onun üzərinə atılacağını dərk edirdi. Elə bu səbəbdən də mümkün qədər çox qapazlamaga çalışdı....
Eşq olsun Sizə Cəlal bəy !!! Bütün yazılarnız vergül nöqtəsinə kimi yerindədi.Əsl qızıl qələm sahibisiz.Allah Sizi başmızdan əksiy eləməsin!
Pensiya məbləğləri minimal məbləğ ilə maksimal məbləğ arasındakı fərq 2 dəfədən artıq olmamalıdır. Sovet dönəmində bu belə idi və mən hesab edirəm ki çox düzgün idi. Belə ki, insan pensiyaya çıxırsa sən bunları nə üçün kəskin fərqləndirirsən. Adam var 2-3 min manat pensiya alır, adam da var 100-200 manat, demək fərq bəzi hallarda 10-15 dəfə edir. Birisi düşüb axarına Neft Şirkəti və ya buna oxşar yerlərdə işləyib, yaxşı maaş alıb, dolanıb, o birisi iş tapa bilməyib tapıbsada maaşı yaxşı olmayıb və nəticə etibarı ilə az pensiya almalı olub. Aldığını aparıb dava-dərmana, həkimlərə paylayır, mənzilin kommunal ödənişləri, yeyim-geyim bir sözlə çatmır, çox alan isə hamısına çatdırır...bax budur sosial ədalətsizlik...
Təki,anası,atası və arvadı erməni olanlar nazir qoyulmasın. iş bitmir kadr siyasəti deyişməlidir gohumluq tayfabazlıq
Cəlal bəy Allah sizi qorusun! qələmin müqəddəs vəzifəsi həqiqətə xidmət etməkdirrməkdir
sahil 4ildir nazrdr ne edib . yaratsin yen sistem. ...
1998-99-cu illərdə S.Müslümov Maliyyə Nazirliyinin baş idarə rəisi işlədiyi dövrdə Nazirlər Kabinetində (NK) qanunlara əlavə və dəyişikliklər müzakirə olunarkən fiziki və hüquqi şəxslərin hüquqo vəziyyətini bir az da pisləşdirən sərt təkliflərlrə çıxış etdi.O vaxt NK-nin Hüquq şəbəsinin müdiri işləyən Günəş xanım Şükürova onu diqqətlə dinlədikdən sonra dedi:”Ay Səlim müəllim,elə bilirsiniz ki,siz həmişə dövlət işində işləyib səddin bu tərəfində olacaqsınız?Ola bilər ki,bu güt təklif etdiyiniz sərtləşdirmələr özünüzə qarşı tətbiq oluna bilər”.Ə.Nağıyev bu sahədə peşakar deyildi,daha çox siyasi fiqur kimi təyinat almışdı.F.Ələkbərov da o cümlədən,sadəcə biznesmen olduğundan nazir postu verilmişdi və müəyyən ərazilər təhkim olunmuşdu.Onlara haqq qazandırmıram,amma bilməyə də bilərdilər.S.Müslümov isə iqtisadçı,elmlər dokturu idi.O nə etdiyini bilməyə bilməzdi.Gerçəkdən pensiya sistemini ağlar günə qoydu,qeyri-müəyyənlik yartdı.Natiqlik bacarığlndan istifadə edərək bunları “islahat” kimi sırıya bildi.Amma artıq görəvdən alınmış bir adamı linç edərək indikiləri tərifləyib göyə qaldırmaq doğru deyil.Düzdür,indikilər “yırtıcı” deyil,rüşvəti rəsmiləşdirməyiblər.Amma qeyri-peşəkarlıq göz önündədir.Komanda formalaşdırılarkən bir universitet, fakültə,buraxılış ili,sığal görmüş,lakin real həyatdan çox uzaq olan səliqəli geyim və sir-sifət yox,təcrübə və peşəkarlığa üstünlük verilməlidir.Bəli,S.Müslümovun yaratdığı haqlı olaraq dağıdılmalıdır,amma əvəzində yeni,mütərəqqi nəsə yaradıla bilirmi?
ÖLKƏNİN DAXİLİNDƏ MƏMURLAR AŞKAR ŞƏKİLDƏ ANTİ-MİLLİ SİYASƏT YÜRÜDÜR.....VƏTƏNDAŞLAR HƏRƏ BİR TƏRƏFDƏ FƏRYAD EDİR.
Aktual mövzudur. Mövzuda pensiya yaşına az toxunulub. Məsələ vahid şəkildə qoyulmalıdır. Belə ki, tələb olunan pensiya kapitalı yığılıbsa və ya iş stajı tam varsa vətəndaş pensiyaya çıxa bilər. Türkiyə variantı. Türkiyədən, avropadan çox çeyləri götürürük, bircə əmək haqqı, pensiya, minimum aylıq əmək haqqı, qanunvericiliyə nəzarət, hərbidə qulliq etməyin vəzifəli şəxslərin uşaqlarına da aid ilması.... Bunları qəbul edə bilmirik. Səlim getdi, onun dəyişiklik etdiyi qanunlar əvvəlki vəziyyətinə qaytarılmalıdır.
Səlim Müslümovdan yaxşı sirk janqlyoru çıxar, nəinki, sosial təminat naziri, inandırıram sizi Səlimə qədərki nazirlərin heç birisində Səlimdə olan iştaha olmayıb. Bunun başlıca səbəblərindən biri, Səlimin acgözlüyüdür. Bu adam illər öncə yataqxanada yaşayıb, kasıb olub, birdən-birə pul görməsi "onda aftafa və xorultu" hissləri yaradıb...
Tam doğru, bu pensiya sistemi bərbaddır, konstitusiyanın pozulmasıdır vətəndaşın hüquqlarının pozulmasıdır
Cəlal müəllim bu araşdırmaya görə Sizə bütün yaşlı adamların adından Sizə dərin minnətdarlığımı, səmimi salamlarımı, təşəkkürümü bildirirəm.
aye bu analoqu olmayan larin siyaseti beledir.bir nefer yuz neferin pensiyasini aler,ermeni menweyli de istediyini eder
Allah böyükdür Azərbaycan xalqinı vicdanı susmuşlardan qorusun
İndiki nazirlə müqayisədə S.Müslümov milli adam idi.Bir də ki nazirlər hakimiyyətin layihələrini icra edirlər.İkincisi,müəyyən müddət kasıb da yaşamaq olar.Təki,anası,atası və arvadı erməni olanlar nazir qoyulmasın.Çünki qanı bulaşıqlar Azərbaycanın müstəqilliyi üçün bir təhlükə və təhdiddir.