Menu

"Qafqazın bir sıra ölkələrində qeyri-stabil vəziyyət müşahidə olunur" - Şoyqu tədbirlər görür

20.04.2021, 17:55
"Qafqazın bir sıra ölkələrində qeyri-stabil vəziyyət müşahidə olunur" - Şoyqu tədbirlər görür

“Şimali Atlantika Alyansının (NATO) bir sıra Qafqaz və Yaxın Şərq ölkələrində vəziyyətin normallaşmasına qarşı çıxmaq cəhdləri səbəbi ilə Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) qoşunlarının döyüş qabiliyyəti artırılır” .

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.

“Yaxın Şərq regionunun və Qafqazın bir sıra ölkələrində qeyri-stabil vəziyyət müşahidə olunur. Alyansın vəziyyətin normallaşmasına müqavimət göstərmək cəhdləri bizi simmetrik olaraq strateji məhdudlaşdırma tədbirləri görməyə və Cənub Hərbi Dairəsinin qoşunlarının döyüş qabiliyyətini artırmağa məcbur edir,” – nazir Rusiya Müdafiə Nazirliyindəki görüşdə deyib.

Onun sözlərinə görə, döyüş heyətinin təkmilləşdirilməsi çərçivəsində ötən il 54 təşkilati tədbir həyata keçirilib: “Bunlardan ən əsası daha bir motoatıcı diviziyasının yaradılması olub.

Eyni zamanda, Cənub Hərbi Dairəsinin davamlı yenidən təchizatı davam edir. 2020-ci ildə qoşunlara 3200-dən çox müasir silah və hərbi texnika verilib”.

Şərhlər

t.ədalət 2021-04-20 21:32:38

NATO Rusiyanın qarşısına daha müasir silah çıxaracaq.Bu silahlardan biri də yüz illərdir Rusaiyanın işğalında yaşayan yerli xalqlardır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol