Menu

Putin Belarusda planlaşdırılan çevrilişə cəhd barədə danışıb

21.04.2021, 14:56
Putin Belarusda planlaşdırılan çevrilişə cəhd barədə danışıb

Rusiya Prezidenti Vladimir Putin Belarusda planlaşdırılan dövlət çevrilişi barədə danışıb.

APA-nın məlumatına görə, V. Putin bu gün Federal Məclisdə müraciətində bildirib ki, hər şey Belarusda real çevrilişə cəhdə aparırdı.

“Heç kim düşünmür ki, nə qədər insan bundan əziyyət çəkəcəkdi”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Belarusda Prezident Aleksandr Lukaşenko və ailə üzvlərinə sui-qəsd planlaşdıran iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskvada həbs olunduğu barədə məlumat yayılıb.

A. Lukaşenko və Rusiya planın arxasında ABŞ-ın dayandığını iddia edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol