Menu

İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? - TƏBİB açıqladı + VİDEO

21.04.2021, 21:25
İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? - TƏBİB açıqladı + VİDEO

Son günlər cəmiyyətin müxtəlif təbəqələrində koronavirusla əlaqədar tibbi maskalardan istifadəyə dair müxtəlif fikirlər səsləndirilir. Bəzi insanlar açıq havada maska taxmağa ehtiyac duymasa da həkimlər və digər rəsmilər bunun əksini düşünür.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev Trend TV-yə bildirdi ki, maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir. 

Çünki tibbi maska virusdan qorunmaq üçün vacib vasitədir “Qarşıdan yay gəlir. Ötən il yay aylarında koronavirusa yoluxmanın necə pik həddə qalxması hamımızın yadındadır. Sərt karantin rejiminə keçid olmuşdu, hər yer qapanmışdı və insanların evdən çıxışı SMS icazə ilə mümkün idi. Əgər həmin günlərin yenidən təkrarlanmasını istəmiriksə, hələ bir müddət də dözüm və anlayış göstərməli, tibbi maskadan istifadə etməliyik”.

Şərhlər

Famil 2021-04-21 23:12:34

əllbətdə maskadan imtina etmək olmaz, bəzilərini qazanclarından(haram da olsa) məhrum etmək olmaz! m

Şaiq 2021-04-21 22:02:29

Dünyanın ən məşhur epidemioloqlarından biri, Akademik Qundarov maskanın virusa qarşı EFFEKTSİZ olduğunu dəfələrlə qeyd edib. Siz özünüzü ondan savadlı sayırsınız??? TƏBİB-də o kalibrdə alim varmı??????????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol