Menu

Pakistanda partlayış, ölənlər var

21.04.2021, 23:43
Pakistanda partlayış, ölənlər var

Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki “Serena” otelin avtomobil dayanacağında partlayış baş verib.

“Report”un məlumatına görə, partlayış nəticəsində azı üç nəfər həyatını itirib.

Bildirilib ki, xəsarət alan 13 nəfər xəstəxanalara aparılıb. İki yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol