NAZİRLİYİN VƏZİFƏLİ ŞƏXSİ HƏBS EDİLDİ - Əlilliyi rüşvətlə təyin edənlərdən biri saxlanıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədovun qanunsuz olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 2 min 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində alması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Cinayət işi üzrə aparılan intensiv istintaq-əməliyyat tədbirləri ilə Oruc Məmmədovun, həmçinin, digər qanunsuz hərəkətlərə yol verməsi faktları da müəyyən edilib.

Belə ki, Oruc Məmmədovun öz həqiqi təsir imkanlarından istifadə edərək koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan şəxsin Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 4 min manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr yaranıb.

Qeyd olunanlarla bağlı Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd olunan cinayət işi üzrə cinayətlərin törədilməsində hər hansı formada iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

635x100

Şərhlər

Seyid Ənhu 2021-04-22 15:06:10

ƏƏSMN-NİN BÜTÜN ƏMƏKDAŞLARI VƏ YERLƏRDƏKİ YEDƏKLƏRİ TAM TƏRKİBDƏ HƏBS EDİLMƏYƏNƏ QƏDƏR ÖLKƏDƏ ƏDALƏTLİ CƏMİYYƏT QURULMATACAQDIR. HAMI BİLİR Kİ, İRADA BİRCƏ NƏFƏR DƏ OLSA TƏMİZ ADAM TAPMAQ MÜMKÜN DEYİL. BUNU HAMI BİLİR AXI.

Aqil 2021-04-22 12:38:32

Sahil Babayevin kadrı necə olmalı idi ki?

Son yazılar