Menu

“Görüntülər o demək deyil ki, Mirələmov günahkardır” – Elman Nəsirov

22.04.2021, 14:00
“Görüntülər o demək deyil ki, Mirələmov günahkardır” – Elman Nəsirov

Milli Məclisin deputatı Elman Nəsirov ötən gün sosial şəbəkələrdə yayılan hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsündən danışıb.

Elman Nəsirov Demokrat.az-a açıqlamasında deyib ki, sözügedən görüntülərin montaj edilib-edilməməsi hələ təsdiqini tapmayıb:

"Əgər sübut edilsə ki, bu video montaj deyil, o zaman mən bu hərəkəti çox neqativ qarşılayacam. Hesab edəcəm ki, bu cür hərəkətlər ümumiyyətlə qəbuledilməzdir. Amma dünyada hər şey ola bilər. Birdən bu görüntü təsdiqini tapmasa, məlum olsa ki, bu təxribatdır, bəs o zaman necə olacaq? O zaman "sözümüzü geri götürürük" deməliyik? İndiki zamanda hələ görüntülər o demək deyil ki, Hüseynbala Mirələmov günahkardır. Bu gün azyaşlı uşaq telefon ilə mülkü bir şəxsin fotosunu montaj edərək, ona ABŞ polisinin formasını geyindirir, əlinə də silah verir. İndi dünya o qədər inkişaf edib ki, hər şeyi etmək mümkündür. Ona görə də hesab edirəm ki, Hüseynbala Mirələmovla bağlı görüntü real təsdiqini taparsa, o zaman bu hərəkətlərə qiymət vermək olar".

Şərhlər

Tələbə 2021-04-24 00:33:47

Sən də onun tayısan.

bbbb 2021-04-22 20:50:17

Mirelemov gunahkardir? ŞƏRƏFİ OLSAYDI...

Qulu 2021-04-22 20:42:08

Bu adam deyəsən özünü söydürməkdən ləzzət alır.

İsmayıl 2021-04-22 15:51:05

Müxalifətdən olsaydı, montaj olub olmadığın axtarmazdınız

t.ədalət 2021-04-22 15:33:33

Kim deyir ki,Mirələmov günahkardır?Biz deyirik ki,əxlaqsızdır.Əlbəttə,qadının arxasını tumarlayan kişilər,adətən impodentdir.Cinayət törətməyə iqtidarsız olurlar.

nazir 2021-04-22 15:27:34

Guya bu ondan geri qalır. İşlədiyin idarəçilik akademiyasında hər kəs sənin əməllərindən danışır.

pensioner 2021-04-22 15:18:20

Ay deputat!Demək istəyirsən ki,belə hərəkətlər Hüseyinbalaya qarşı qəbuledilməz olsa da C.Həsənlinin qızı üçün qəbulediləndir?

Zanzibar 2021-04-22 14:15:34

Demeli oz gozumuze yox sene inanmaliyig?

Mirzə AĞ 2021-04-22 14:13:34

Cəfəngiyat danışırsan, bacı oğlu!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol