Avropa dövlətləri Qəddafinin qızını “qara siyahı”dan çıxardı

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafinin adı Avropa İttifaqının “qara siyahı”sından çıxarılıb. Bu barədə “Al Wasat” agentliyi məlumat yayıb. Mənbənin məlumatına görə, Avropa məhkəməsi hesab edir ki, A.Qəddafi artıq beynəlxalq sülhə və bölgədəki təhlükəsizliyə təhdid yaratmır.

Məhkəmənin qərarına əsasən, Aişə Qəddafi artıq uzun müddətdir Liviyada yaşamır və ölkənin siyasi proseslərində iştirak etmir.

Qeyd edək ki, bir şəxsin Avropa dövlətlərinin sanksiya siyahısına daxil edilməsi və ya xaric edilməsi qərarı Avropa İttifaqı üzv dövlətləri tərəfindən yekdilliklə qəbul edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar