Menu

Daha bir elektron dələduzluq faktı ifşa edildi

23.04.2021, 10:21
Daha bir elektron dələduzluq faktı ifşa edildi

“Diqqət! Dələduzların alış-veriş səhifələrindən vətəndaşların əlaqə vasitələrini ələ keçirərək onları aldadan və kart məlumatlarını ələ keçirmək üçün istifadə etdikləri növbəti səhifə ifşa olundu”.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti - Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

Məlumata görə, dələduzlar aşağıdakı tipli veb sayt yaradaraq vətəndaşları aldatmağa çalışır:

https://azerdostavka.shop/tracks/1684209367

“Vətəndaşlara dələduz “alıcıların” əsasən xarici whatsapp nömrələri ilə göndərdiyi belə səhifələrə girməmələri tövsiyə olunur!” - deyə açıqlamada qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol